Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kürdəxanı qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Günü ilə əlaqədar “Vətən sənə əmanət” adlı videoçarx təqdim edib. İdarədən SİA-ya verilən məlumata görə, videoçarx mədəniyyət evinin sosial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlət quruculuğumuzun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Bu gün biz qürurla, fəxrlə deyə bilərik ki, biz güclü millət, güclü xalq, güclü ölkəyik. Çünki bizi düşməndən, bizi hər kəsdən qoruya bilən ordumuz var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB