“Ordumun gücü” devizi altında rəsm sərgisi açılıb - FOTO

Sumqayıtda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsm müsabiqəsi keçirilib. Vernisaj Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil edilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdlər arasında mövzuya aid rəsm müsabiqəsi keçirilib.

Müsabiqəyə Sumqayıtdakı Əhməd Bakıxanov, Səid Rüstəmov və Bülbül adına Uşaq İncəsənət məktəblərinin şagirdləri qatılıblar. İştirakçıların “Ordumun gücü” devizi altında çəkdikləri rəsm nümunələri sərgidə təqdim olunub və qaliblər müəyyənləşdirilib.

Rəsm nominasiyası üzrə 2 yaş qrupu (7-12, 13-17) arası gənclər yarışıb. Qaliblər fəxri fərmanlarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə