Dünyanın aparıcı hotel brendləri paytaxtımızdadır -TƏHLİL

Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə gətirib çıxarıb.Ölkəmizdə müasir tələblərə cavab verən hotellərin inşası da əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün göstəricisidir.

Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma vəşirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinəəlverişli mühitin yaradılması dünyanın tanınmış otellərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı hotel brendiBakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına əhəmiyyətli dərəcədə səbəb olacaq. Bu günlərdə paytaxtımızda daha bir beşulduzlu otelin "Intercontinental" otelinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın açılışda iştirak etdikləri otel yeddimərtəbəlidir. "Intercontinental" otelinin istifadəyə verilməsi bir daha onu göstərir ki. dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi infrastruktur layihələrin icrası dayandırılmayıb və bu davamlıdır.

COVID-19 virusunun yayılmasına qədər Azərbaycana saysız turistlərin səfəri danılmazdır. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da pandemiya turizmin inkişafına ciddi manelər yaratmış oldu.Bu gün əminliklə deyə bilərik ki, aparıcı sənaye sahəsinə çevrilən turizm ölkəmizdə rəqabətə davamlıdır. Bu da, ən birincisi ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Bununla yanaşı, qeyd etdiyimiz kimi, bir çox turizm mərkəzlərinin yaradılmasıdır. Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə hotellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən komplek Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir.

Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb.Təbii ki, müasir otellərin, beşulduzlu "Intercontinental" otelinin istifadəyə verilməsi turizm sektorunun inkişafına dəstəklə yanaşı, otel biznesinin genişləndirilməsi, turistlərin rahatlığının təmin olunması, yeni iş yerlərinin yaradılması və Bakının ümumi inkişafına verilən töhfədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə