Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, xalq artisti, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevin səhhəti pisləşib. Bununla əlaqədar olaraq, ustad xanəndəni təcili Türkiyəyə müalicəyə aparıblar.
SİA-nın əldə etdiyi məlumata əsasən, Arif Babayevin Türkiyədə müalicə olunmasını həkimlər məsləhət görüb.

Xatırladaq ki, A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə