Repressiya qurbanı olan şairimizin bu gün - AD GÜNÜDÜR

“Ah, mən bu günü-gündən gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?” deyən şairimizin bu gün 113 yaşı olur.
Gözəlləşən dünyadan nakam gedən, 30 il yaşayan Mikayıl Müşfiq xalqının ürəyində yaşayır. Öz sözləri ilə desək, "fəqət, məzarın olsun ürəklər". Repressiya qurbanı olan şair qısa ömründə unudulmaz saysız-hesabsız şeirləri ilə xalqının sevgisini qazanıb. Dillər əzbəri olan "Yenə o bağ olaydı", "Oxu, tar, səni kim unudar", "Həyat sevgisi" kimi şeirləri ilə poeziyanın zirvəsini fəth etmiş şairimiz daim qəlbimizdə yaşayacaq.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə