Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub. SİA -nın məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.
Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samira Efendi təmsil edib.
Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.
Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınmışdı. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olmuşdu.
Gülər Səfərova




USD
EUR
GBP
RUB