Niderlandda "Eurovision 2021" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib

Niderlandın Rotterdam şəhərində “Eurovision 2021” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Nieve-Maas çayının sahilində təşkil olunmuş müsabiqəyə 39 ölkədən 34 nümayəndə heyəti qatılıb.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldava, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri də iştirak ediblər.

Müsabiqənin yarımfinalı mayın 18, 20-də, final isə mayın 22-ə keçiriləcəyi planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Samira Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə