Musiqiçilərin Cıdır düzündə şadlığı

Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Festivalı bir çox maraqlı və rəngli səhnələrlə yadda qalıb. SİA-nın verdiyi məlumata görə, sənətçilərimiz uzun zamandır ki, Şuşada çıxış etmək, bu əlamətdar gündə ifa etmək arzusunda idilər. Festivala qatılanlar arasında bir çox sənət adamları yer alıblar. Tədbir başa çatdıqdan sonra musiqiçilər bir araya gələrək Cıdır düzündə oxuyub, oynayıblar.

Xalq artisti Natiq Şirinovun nağarada ifası zamanı aşıq Əli Tapdıqoğlu və aşıq Samirə Əliyeva rəqs nümayiş etdirib. Onların şıdırğı rəqs görüntüləri sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə