Tbilisidə Azərbaycan teatrı inşa olunur

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina inşa olunacaq. SİA-nın verdiyi məlumata görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata müsahibəsində deyib. Onun sözlərinə görə, tikinti işlərinə tezliklə başlanılacaq. Eləcə də o, Heydər Əliyev Fondunun Qax rayonunda yerli gürcü icması üçün yeni mədəniyyət evi inşa edəcəyini də bildirib. O, mədəniyyət evinin açılışının tezliklə baş tutacağını söyləyib.

Qeyd edək ki, yaxın zamanlarda Azərbaycan-Gürcüstan, Gürcüstan-Azərbaycan mədəniyyət günlərinin də təşkil olunacağını gözlənilir.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə