Azərbaycanlı bəstəkarın əsəri Vyanada CD alboma daxil edilib

İstedadlı bəstəkar, Jazeps Vitols Latviya Musiqi Akademiyasının məzunu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident mükafatçısı Ayaz Qəmbərlinin “Mirage” (İlğım) adlı əsəri dünyaca məşhur bəstəkarların əsərləri ilə birgə Vyana Musiqi və İfaçılıq Mədəniyyəti Universiteti tərəfindən hazırlanan CD alboma daxil edilib. SİA-nın məlumatına görə, bəstəkarın “Mirage” (İlğım) adlı əsəri 2019-cu ildə Avstriyanın Vyana şəhərində keçirilən bəstəkarların Mauricio Kagel beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.

Qeyd edək ki, adıçəkilən CD kommersiya məqsədi daşımır. Bu albomun məqsədi dünya xalqlarının musiqisini bir-birinə tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə