"Bəşəriyyətin bəlası-Ağ ölümə yox deyək” adlı tədbir təşkil olunub

Aprelin 22-də Azərbaycan İstiqlal Muzeyində “Zoom” proqramı üzərindən “Bəşəriyyətin bəlası - Ağ ölümə yox deyək” adlı tədbir keçirilib.

Muzeydən SİA-ya bildirilib ki, tədbir ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Tədbiri İstiqlal Muzeyinin elmi işçisi Aynurə Tağıyeva açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verib.

Tədbirdə yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində çıxışlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə