İctimai Şuraya namizədliyə dair sənəd qəbulu yenidən elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə 2020-ci ilin 21 sentyabr tarixində start verilmişdi.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, həmin il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunur.

İctimaiyyətin nəzərinə çatdırılır ki, 21 sentyabr – 20 oktyabr 2020-ci il tarixlərində elan edilmiş müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalır.

Qeyd edək ki, İctimai Şuraya namizədlərin qeydiyyatı 26 may 2021-ci il tarixinədək davam edəcək. Namizəd şəxslərə dair tələblərlə bu link vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə