Şagirdlər beynəlxalq müsabiqədə uğur qazanıb FOTOLAR

İtaliyada “Mif Association”un təşkilatçılığı ilə “Liberto Creative” beynəlxalq incəsənət müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, onlayn platformada keçirilən müsabiqəyə 27 ölkədən gənc ifaçılar qatılıblar. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri bu müsabiqədə iştirak edərək münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriliblər.

Gimnaziyanın musiqi şöbəsinin şagirdləri Mədinə Nurəliyeva, Salamova Nuranə, Rzayev Müslüm 1-ci yerə layiq görülüblər. Qalib şagirdlərin müəllimləri Sevda Ağayeva, Pikə Axundova və Şərif Bağırov təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə