...Ulu Öndərimizin ruhu şaddır və dövlət sükanı etibarlı əllərdədir- ƏJDƏR İSMAYILOV
Bu günlərdə filologiya elmləri doktoru, professor, çoxminli Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılovun ad günü qeyd olunur. Yolumuzu onun hazırda yaşadığı bağ evinə -Nardaran kəndinə saldıq. Yolboyu mavi-mavi dalğaları ilə atılıb-düşən Xəzər dənizinə tamaşa edir, ləpələrin sahilə sanki bir balıq kimi atdığı mavi suların necə çapalaya-çapalaya əriyib yox olduğunun şahidi olurduq. Şəhərin basdırığından və səs-küyündən uzaqlaşıb dəniz havasını ciyərlərimizə doyumsuzluqla çəkir, Əjdər müəllimə və bu mövzunu bizə həvalə edənlərə ürəyimizdə öz dua və sənalarımızı edirdik. Adi, sadə bağ evində professor öz kitablar dünyasında "dincəlir", ağır-ağır ləngərli yerişi ilə, var-gəl edirdi. Söhbətə başlayan kimi bu yaxınlarda 800 səhifəlik elmi-nəzəri kitabının nəşri üçün son tamamlama işlərini gördüyünü dedi. Birbaşa sözə, kitaba, yaradıcılığa keçdiyimiz üçün daha ordan-burdan söz salıb, heç onun səhhəti ilə maraqlana bilmədik. Amma gördük ki, maşallah professor özünü yaxşı hiss edir. Bağ evində, qonşuluqdakı Xəzər dənizinin səs-küyünə, çılğınlığına baxmayaraq, professorun iş otağında sakitlik idi. O, isə təmkinlə asta-asta yaradıcılıq işlərini davam etdirirdi.
Əjdər İsmayılov haqqında qısa arayış:
1938-ci ildə qədim Naxçıvanın Şərur rayonunda anadan olmuşdur. Güllü-çiçəkli, bahar ətirli aprel günlərinin birində. Əvvəllər Naxçıvan Dövlət Universitetində dərs demiş, elmi fəaliyyətə də məhz o dövrdə başlamışdır. Qəlbi, ruhu Vətən, xalq məhəbbəti ilə çırpınan minlərlə gənclərə dərs demiş, onları Azərbaycanın müstəqilliyi və azadlığı yolunda dolayısı ilə də olsa mübarizəyə səsləmişdir. 1970-ci illərdə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Əsl elm fədaisi kimi bütün mənalı ömrünü filalogiyaya, Azərbaycan ədəbiyyatının ən qədim tarixinə həsr edərək, özlərinə saxta tərcümeyi-hal düzüb qoşan erməni yalanlarını ifşasına həsr etmişdir. Əlli ildən çoxdur ki, elmi araşdırma sahəsində yorulmadan çalışır. Bildiyimiz kimi, Vətən, xalq yolunda fədailik etmək kimi ilahi çağırış ona öz dərin, adlı-sanlı soykökündən gəlmişdir. Əjdər müəllimin babası Naxçıvanda hörmət-izzət sahibi olan Məşədi Mahmud olmuşdur. Atası isə istiqlalçı Tağı kişi kimi Şərur rayonunda adlı-sanlı bir insan idi. Azərbaycanın azadlığı, müstəqilliyi amacı ilə yaşayan atası həmişə o şanlı əqidədə, məslək yolunda gizli-aşkar mübarizə aparırdı. Əjdər müəllimin yaradıb rəhbərlik etdiyi "Turan" Araşdırmalar Mərkəzi İctimai Birliyi həmişə Azərbaycan-Türkiyə əbədi qardaşlığının ictimai-siyasi əlaqələrinin iki qardaş xalqın qədim eyni adət və ənənələrini həmişə təbliğ etmişdir. Bu barədə söhbət düşərkən Əjdər müəllim, dedi: "Turan" Araşdırmalar Mərkəzi İctimai Birliyini yaratmağa məni sövq edən Cavid Əfəndinin "Xəyyam" əsəri oldu. O əsər elə bil hər gün, hər saat məni izləyir, hər günümə, hər saatıma göz qoyurdu. Çünki əsərdəki türkçülük, turançılıq ideyaları məni çəkirdi. O müqəddəs yollarla, qəlbimizi başdan-başa fəth eləyən türkçülük ideyaları ilə yaşamağım həmin birliyi yaratmaqda mənə əsl böyük başqan və müəllim oldu. Sonralar "Xəyyam"la bağlı fundamental elmi əsər yazdım. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat İnstitutunda onun müzakirəsi zamanı ən mötəbər sözü rəhmətlik Məmməd Cəfər müəllim dedi.
Əjdər İsmayılovun ən böyük xidmətlərindən biri də o olmuşdur ki, "Bir millət, iki dövlət" (ulu öndərimiz Heydər Əliyevin ruhu şad olsun) devizi altında elmi-ədəbi, fəlsəfi araşdırmalar aparmışdır. O, bir tədqiqatçı alim, tarixçi, filoloq kimi bədnam qonşularımız olan ermənilərin öz tarixləri, ədəbiyyatları haqqında yaydıqları şişirdilmiş yalanları tutarlı, gerçək dəlillərlə ifşa etmiş, onu saysız-hesabsız mətbu orqanlarda çap etdirmişdir. İndinin özünə qədər də Ermənistanın üzdəniraq riyakar alimləri professorun ünvanına saysız-hesabsız hədyanlar yağdırırlar. Vətənpərvər alim, yorulmaz tədqiqatçı, Cavidşünas Əjdər İsmayılov 1982-ci ildə Azərbaycannı görkəmli oğlu Heydər Əliyevin canıyananlığı və qətiyyəti ilə uzaq Sibir meşələrində cəza evlərində qətlə yetirilmiş Hüseyn Cavidin nəşinin doğma Vətənə, -Naxçıvana gətirilməsi və orada dəfn olunması mərasimində fəal iştirak etmişdir. Həmin kədərli, həm də qürurverici günlərin möhürlü sənədi olan fotoşəkilə həyəcansız baxmaq olmur. Fotoşəkildə ata, oğul qəm və ələm içərisində ...görünür. Hər ikisinin yerə dikilən gözlərində baxışlarında qəlb parçalayan, könül ağladan qəm-qüssə əməlli-başlı adamı öz ağuşuna alır. Atasının yanındakı qəmli-qüssəli balaca Cavid indi maşallah böyük kişi olub, ailə başçısıdır. Söhbət zamanı Əjdər müəllim "Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir" dedi. Görkəmli ictimai-siyasi xadim olan Əjdər İsmayılov onu da əlavə etdi ki, mən sadəcə elm adamıyam. Azərbaycan ədəbiyyyatının qədim qatlarının tarixini araşdırıram. Amma, eyni zamanda, həm də siyasətçiyəm. Biz də ondan elə bu sözü gözləyirdik. Ona görə də fürsəti fotə verməyib onunla siyasi mövzulara keçid aldıq:
- Əjdər müəllim, mən sizi ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı hasar kimi qoyulmuş "yaş senzi" ilə əlaqədar xalqımızın etiraz mitinqlərində görmüşəm. Siz orada mikrafon arxasındı əsl vətəndaş pafosu ilə çıxış edirdiniz...
Professor mənalı-mənalı güldü, üzünün dərin qırışları açıq-aydın görünürdü. Elə bil acılı-şirinli o illərin xətt-xətt çəkib izlər qoyduğu üzündə işıq cizgiləri göründü:
- O zaman yer var idi ki, mən orada çıxış etməyim? - dedi.
Professorun təbəssümündən hiss etdim ki, onun bu sözləri yarızarafat, yarıgerçək bir tonda dilə gətirilmişdi.
- Məşhur "91-lər" hərəkatının fəal iştirakçısı kimi o keçən illərə qayıdıb Ulu Öndərlə bağlı nə deyə bilərsiniz?
-Ümummilli Lider Heydər Əliyevlə Naxçıvanda o zaman tez-tez görüşürdüm. Hiss edirdim ki, Azərbaycanın o zamankı ağır gün-güzəranı həm özümüzün içimizdəki bədnam adamlarımız tərəfindən, həm də üzdəniraq qonşuların, ermənilərin hücumları üzündən təhlükə içində idi. Bu da Ulu Öndərə bir an da olsun dinclik vermirdi. Bir yandan da Naxçıvanın içindəki müxalif qüvvələr tez-tez fitnə-fəsada əl atır, bizə - Ulu Öndərin ətrafında olan adamlara həmlələr edirdilər. Ona görə də mən könüllülərdən ibarət mühafizə dəstəsi yaratdım. Onlar Heydər Əliyevi gözdən qoymur, daim onu mühafizə edirdilər. Bəli, elə narahatlıqların içərisində xalqı və Vətəni xilas etmək üçün bir toplum, bir partiya yaratmaq üçün təşəbbüs irəli sürdüm. Ümummilli Lideri tərəfdaşlarımla axır ki, razı sala bildik. Yeni Azərbaycan Partiyasını yaratmaq təşəbbüsü sonra bütün Azərbaycana yayıldı. Bakıdan vətənsevən ziyalılar dəstə-dəstə Naxçıvana gəlirdilər. Beləliklə, məşhur "91-lər" hərəkatı yarandı. Və biz Yeni Azərbaycan Partiyasının təməlini qoyduq.
Sonralar yəqin sizə də məlumdur ki, Naxçıvanda Ulu Öndərin həyata keçirdiyi cahanşümul işlər başladı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa edildi. 1918-ci ildə yaranmış dövlət himni həmişəlik olaraq "yuxudan ayıldı", əbədi ömrünə qoşuldu. Səkkizguşəli ulduzumuz ilk dəfə Naxçıvanda bərq vurmağa başladı. "Sovet, sosialisti" sözləri Muxtar Respublikanın adından çıxarıldı. Qanlı 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Artıq Naxçıvana gəlib-gedən Azərbaycan ziyalılarının ardı-arası kəsilmirdi. Xalq qətiyyətlə Ümummilli Liderini Azərbaycanın Prezidenti görmək istəyirdi. O illəri bu gün bax beləcə qürur hissləri ilə xatırlayırıq. Əbədiyaşar Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin bu gün müzəffər, yenilməz, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qazandığı bütün qələbələr, 44 günlük tarixi hərbi uğurlarımız artıq dünya şöhrəti qazanmışdır. İqtisadi, sosial sahələrdə cənab İlham Əliyevin həyata keçirdiyi bütün işlər və beynəlxalq arenada əldə etdiyi siyasi uğurlar bu gün bizə əsas verir deyək ki, Ulu Öndərimizin ruhu şaddır və dövlət sükanı etibarlı əllərdədir.
-Əjdər müəllim, yüksək qonaqpərvərliyinizə, xoş və gərəkli müsahibənizə görə kollektivimizin adından sizə minnətdarlığımızı bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



