Aşıq Ələsgər yaradıcılığı Belarus ədəbiyyat portalında

Belarusun “Sozvuçie” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində bu il 200 yaşı tamam olan böyük Azərbaycan şairi və aşığı Aşıq Ələsgərin rus dilinə tərcümə edilmiş şeirlərinə və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Dövlət Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, şeirlər klassik Azərbaycan poeziyasının təbliği üçün xüsusi olaraq yaradılmış “Xalq müdrikliyinin aynası” bölməsində təqdim olunub.

Şeirlərin rus dilinə tərcümə müəllifi Vladimir Qafarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...