Xalq artisti Eldar Quliyev vəfat edib

Azərbaycanı tanınmış kinorejissor və ssenaristi, xalq artisti Eldar Quliyev vəfat edib.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Xatırladaq ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə