Kamil İbrahimov koronavirusdan vəfat etdi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün koronavirusdan dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə İdarənin mətbuat katibi Səfayə Əhmədova məlumat verib. Bildirib ki, o, COVID-19-dan uzun müddət müalicə aldığı xəstəxanada vəfat edib.

59 yaşlı Kamil İbrahimov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi kimi çalışıb. Alim həmçinin Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...