“Azərbaycanfilm” kinostudiyasının texniki bazası yenilənib

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının texniki bazası 40 ildən sonra əsaslı şəkildə yenilənib. “Azərbaycanfilm”dən SİA-ya bildirilib ki, Almaniyanın “ARRI”, Amerikanın “Matthews Studio Equipment” və İtaliyanın “Manfrotto” şirkətlərindən təmin edilən avadanlıqların kinostudiyaya qatdığı texniki güclə, paralel olaraq iki tammetrajlı və iki sənədli filmin istehsalı həyata keçirilə biləcək. Məqsəd bu rəqəmi 3-ə çatdırmaqdır. Bununla yanaşı alınan avadanılıqlar ən son film istehsalı standartlarına cavab verir. Avadanlıq sifarişləri davam edir.

Məlumat üçün qeyd edək ki, hazırda “Azərbaycanfilm”in sahib olduğu texniki güc postSovet məkanında öz unikallığını qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə