“AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq

Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 23-29 may tarixlərində “AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, satış festival-yarmarkası rəssamlara dəstək məqsədilə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən hipermarketdə keçirilməsi nəzərdə tutulur. Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə