"Böyük qayıdış. Həsrətin sonu” rəsm sərgisinə əsərlərin qəbulu davam edir

Torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr edilmiş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaq. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə