Onlar "Humay-2021" mükafatına layiq görülüblər FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin üzvləri - Sevil Hacıyeva və Ayan Eyvazova bu günlərdə mədəniyyət və incəsənət sahəsində mötəbər "Humay-2021" mükafatına layiq görülüblər.

SİA-nın məlumatına görə, teatrın baş xormeysteri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Respublika prezidenti mükafatçısı Sevil Hacıyeva "Teatr" nominasiyasında milli opera və xor sənəti sahəsindəki uzun müddətli fəaliyyətinə və qazandığı uğurlara görə layiq görülüb. Sevil Hacıyeva 20 ildən artıqdır ki, Teatrda çalışır və Teatrın repertuarında olan klassik və milli opera tamaşalarının xormeysteridir.

"Humay" mükafatına layiq görülən ikinci sənətçi - Ayan Eyvazova - Teatrın balet truppasının aparıcı solistidir. Bir çox balet tamaşalarında əsas rolları böyük uğurla ifa edir. Ayan Eyvazova 2014-cü ildə Almaniyada keçirilən balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə