Əməkdar incəsənət xadimi vəfat edib

Əməkdar incəsənət xadimi, tanınmış tarzən Oqtay Quliyev 83 yaşında dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Konservatoriyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, O.Quliyev Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq olub. O, 1938-ci ildə Ağdamda dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə