Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib. SİA-nın məlumatına görə, bu haqda H.Həsənovun rəhbəri olduğu “Audiokitab” layihəsinin əməkdaşları sosial şəbəkədə yazıb.

71 yaşlı incəsənət üzvü uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Həsən Həsənov müxtəlif illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrında rəhbər vəzifədə olub. O, 2017-ci ildən “Audiokitab” layihəsinin rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə