Hans Xristian Andersenin kitablarından ibarət videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı uşaqların sevimli nağıl yazıçısı Hans Xristian Andersenin yaradıcılığına müraciət edərək onun kitablarından ibarət videoçarx hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarxda yazıçının yaradıcılığı, kitabları haqqında oxuculara məlumat verilib.

Bildirilib ki, Hans Xristian Andersen 1805-ci il apelin 2-də Danimarkanın Odens şəhərində anadan olub. 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirib. Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dildə tərcümə edilib. O, dünyanın ən məşhur nağılçılarından biridir.

“Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, “Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhur olan Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilib. Andersen ümumilikdə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib. O, 1875-ci il avqustun 4-də qaraciyər xərçəngindən vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə