Oğuz rayon Heydər Əliyev Mərkəzinin kollektivi şəhid ailəsini ziyarət edib FOTOLAR
Oğuz rayon Heydər Əliyev Mərkəzinin kollektivi Novruz bayramı günlərində şanlı zəfərlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əliyev Anar Talıb oğlunun ailəsini ziyarət edib.
Mərkəzdən SİA-ya bildirilib ki, görüşdə şəhidin anası Kişvər xanım oğlunun uşaqlıq və məktəb illərinin xatirələrindən, hərbi xidmətindən, keçdiyi şərəfli döyül yolundan, Vətənini sevən cəsur şəxsiyyət kimi yetişməsindən söz açıb.
Görüşdə şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhidlər bizim nisgilimiz, kədərimiz, eyni zamanda, qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB