Şair Məmməd İlqarın yubileyi keçiriləcək

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub.

Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır. 1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır. Məmməd İlqarın üslubu xalq üslubu, dili xalq dilidir deyirlər... Xalqa yaxın, sözü sevilən, özü sevilən şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə