Aşıq Əli Quliyevin 60 illik yubileyinə həsr olunan konsert keçiriləcək
Martın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi aşıq Əli Quliyevin 60 illik yubileyinə həsr olunan konsert keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov məlumat verib.
Qeyd edək ki, Ə.Quliyev 15 il H.Bozalqanlı adına Aşıqlar Muzeyinin direktoru vəzifəsində çalışmış, respublikanın ilk rəsmi aşıq muzeyinin rəhbəri vəzifəsinin məsuliyyətini şərəflə daşıyıb.
Aşıq kimi fəaliyyəti dövründə keçirilmiş bütün Aşıq Qurultaylarının nümayəndəsi olmuş və 35 şagird yetişdirib. Əli Quliyev həm sovet dövründə, həm müstəqillik illərində İran, İraq, Türkiyə, Hollandiya, Belçika və b. ölkələrdə, habelə keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında düzənlənmiş beynəlxalq miqyaslı festival və simpoziumlarda uğurla çıxış etmiş, laureat adı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB