Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirib FOTOLAR
Özbəkistanın Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı və “Kitob dunyasi” qəzeti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti, Fərqanə vilayətinin, Əndican şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Tədbiri Özbəkistan Yazıçılar İttifaqının Fərqanə Vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova açaraq iki ölkə arasında dostluq əlaqələri, yazıçılar arasında əməkdaşlığın tarixi, keçmiş SSRİ dövründə və müstəqillik illərində ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov Mədəniyyət Mərkəzinin nəzdində artıq tərcüməçilər məktəbinin formalaşdırıldığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsərin özbək dilinə tərcümə edilib çap olunduğunu bildirib. S.Abbasov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı nəşrlərin işıq üzü görməsinin maraqla qarşılandığını söyləyib.
Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğundan danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Qeyd edib ki, Əndican ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.
“Kitob dunyasi” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev və başqaları hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlərini söyləyib, regionlar arasında əməkdaşlığa dair potensialın böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Sonra məktəblilər Qənirə Paşayevanın şeirlərini söyləyib, müğənnilər onun sözlərinə yazılmış mahnıları səsləndiriblər. Mahnıları Özbəkistan Dövlət Filarmoniyasının solisti Şahnoza Xuşiyeva, Dilşod Ləziz, Ümidə Abdurazakova və Erkin Adilov ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB