Azərbaycan Ermənistanı ağlatdı FOTO

Azərbaycan Ermənistanı ağlatdı FOTO

İsrailin paytaxtı Tel-Əvivdə mayın 18-də baş tutacaq Avroviziya mahnı musabiqəsində Azərbaycanın şansı bir qədər də artıb. Belə ki, Cənubi Qafqazın yeganə təmsilçisi kimi mayın 18-də səhnəyə çıxacaq həmyerlimiz Çingiz Mustafayevlə yanaşı, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniya təmsilçiləri də finala yüksəliblər. Çingizin "Truth" mahnısı rəğbətlə qarşılanıb. Daha 10 ölkə isə birinic yarımfinalda finala vəsiqə qazanıb.

Bu müsabiqənin maraqlı tərəfi ondadır ki, öncə Gürcüstan, sonra isə Ermənistan təmsilçiləri finala vəsiqə qazana bilməyərək, yarı yolda qalıblar. Bu baxımdan, Azərbaycan yeganə olaraq, Cənubi Qafqazın təmsilçisi kimi yüksək şanslara malik olduğunu sübuta yetirib. Xüsusilə erməni təmsilçiləri Azərbaycanın finala yüksəlməsi reallığını həzm edə bilmədiklərini açıq-aydın büruzə veriblər və ağlayaraq müsabiqəni tərk etmək məcburiyyətində qalıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə