Ekoloji təmizliyin yaradılması, ona riayət edilməsi və ən əsası bu sahədə cəmiyyətin bütün fərdləri üçün yararlı ola biləcək layihələrin həyata keçirilməsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin daim diqqətindədir. SİA-nın məlumatına görə, İçərişəhərdə bu qəbildən olan və mayın 11-dən həyata keçirilən “Təkrar emal aksiyası” layihəsi başa çatıb.
Qoruq İdarəsi, “Green Baku”, “Animal Care Club”un təşkilatçılığı və dəstəyi ilə ərsəyə gələn layihənin məqsədi istifadə edilmiş kağızların yenidən emal prosesini təşkil etmək və son nəticədə ekoloji tarazlığa dəstək olmaqdır. Belə ki, toplanan kağızlar yenidən istehsal ediləcək, satışa çıxarılacaq və əldə edilən gəlirlə yeni tinglər alınaraq Qala kəndində əkiləcək. Bununla da təkrar emal prosesi dövr edərək son nəticədə təbiətə qaytarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB