Qara Qarayevə həsr edilən kitab sərgisi - Özəl

Qara Qarayevə həsr edilən kitab sərgisi - Özəl

Bu gün Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, akademik Qara Qarayevə həsr edilən “Unudulmaz bəstəkar-Qara Qarayev” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya verilən məlumata görə, sərgidə “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və digər yüzlərlə müxtəlif əlyazmalar yer almaqdadır.

Həmçinin, böyük sənətkar Qara Qarayevin not əsərləri, səsyazıları və CD-lər, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, habelə Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox nəşr nümayiş olunur. Sərgiyə baxış sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə