Kiyevdə Emin Ağalarovun konserti və yeni ingilisdilli albomunun təqdimatı olub
Noyabrın 28-də Kiyevdə, "Kristal-holl"da populyar Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun ilk konserti və "Emin" adlı yeni ingilisdilli albomunun təqdimatı görünməmiş müvəffəqiyyətlə keçib.
SİA-nın xəbərinə görə, E.Ağalarov ustadı saydığı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş mahnıları ifa edəndə salon sözün əsl mənasında coşmuş, onun çıxışı "bravo" sədaları ilə müşayiət olunub.
Emin özünü Kiyev dinləyicisinə sadə, ulduz xəstəliyindən uzaq istedadlı gənc kimi təqdim edə bilib.
Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, Ukrayna ictimaiyyətinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) rəhbərliyi və UAK-ın Kiyev və regional təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Konsertdən sonra Eynulla Mədətli çoxsaylı Azərbaycan diasporu və şəxsən öz adından möhtəşəm çıxışı münasibətilə Emini təbrik etmiş, gözəl konsertə görə ona minnətdarlığını bildirmiş, həyatda və yaradıcılıqda böyük uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB