“ƏSA” Teatrı ABŞ-da “Konqres mükafatı”na layiq görülü

“ƏSA” Teatrı ABŞ-da “Konqres mükafatı”na layiq görülü

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.

SİA-ya teatrdan verilən məlumata görə, böyük nüfuza malik olan mükafat “ƏSA” Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir. Sabah “ƏSA” Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə