"Müdrik alim, qayğıkeş ana" adlı xatirə tədbiri keçirilib FOTOLAR
Qusar rayon Heydər Əliyev Mərkəzində görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar "Müdrik alim, qayğıkeş ana" adlı xatirə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir Qusar rayon Heydər Əliyev Mərkəzinin və MRX-nın birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbir öncəsi gələn qonaqlara Zərifə Əliyeva haqqında film və sərgi nümayiş olunub.
Tədbiri giriş sözü ilə Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova açaraq, görkəmli alimin yüksək humanistliyindən bəhs edib.
Tədbirdə Qusar MRX-nın baş həkimi Mübariz Zeynalov geniş məzmunlu çıxışında akademikin keçdiyi həkimlik yolundan ətraflı söz açıb. MRX-nın həkim-oftolmologu İnci Cahangirova Rayon Sanitar Epidemoloji Mərkəzinin baş həkimi Nadirşah Şirinov Zərifə xanımın oftolmologiya sahəsindəki uğurlarından tibb sahəsindəki novatorluğundan danışaraq qeyd ediblər ki, Zərifə xanım eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB