Xalq artisti Eldar Quliyevlə görüş olacaq

Xalq artisti Eldar Quliyevlə görüş olacaq
Noyabrın 5-də, saat 14.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyevlə görüş olacaq.

İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin doğum günü ərəfəsində baş tutacaq görüşdə Eldar Quliyevin onun haqqında çəkdiyi yeni sənədli film də nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, xalq artisti 7 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir.

Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Dövlət mükafatı laureatı və xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Qeyd edək ki, o, bəstəkar Tofiq Quliyevin oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə