Xalq artisti Rasim Balayevin filminə baxmaq istəyənlərə xoş xəbər VİDEO
İyulun 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Əhmədovun “Sara” filmi nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, xronometrajı 130 dəqiqə olan ekran əsəri Azərbaycan dilində təqdim olunacaq. Detektiv süjetli filmdə Sara adlı qadının başına gələnlər, onun mübarizəsi əksini tapıb.
Ekran işində xalq artisti Rasim Balayev, əməkdar artist Qurban İsmayılov, aktyor Fuad Osmanov, aktrisa Aysel Nazim və başqaları rol alıblar.
Filmin nümayişində hər kəs iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB