"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir FOTOLAR
Artıq 2 ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümümtəhsil məktəblərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir. SİA-nın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti bu il də ənənəsinə sadiq qalıb.
Səbail rayonu 6 saylı orta məktəbin-liseyin 8-ci sinif şagidləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun aparıcılığı ilə keçirilən tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycan tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətindən danışıb: "Azərbaycan tarixi şəxsiyyətlərlə zəngindir. Ulu Öndər həmin tarixi şəxsiyyətlərdən hər zaman seçilib. Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan inkişaf edir. İndi onun uğurlu siyasətini Cənab Prezident İlham Əliyev davam etdirir. Dünyada müharibələr baş verdiyi halda ölkəmiz günü-gündən gözəlləşir. Heydər Əliyevin siyasətini yaxından öyrənmək, təbliğ etmək böyük məsuliyyətdir. Ulu Öndərin Azərbaycan tarixində qoyduğu izi, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında rolu əvəzolunmazdır. Ulu Öndər hər zaman Azərbaycan tarixinə önəm verib. Odur ki, tariximizi dərindən öyrənmək lazımdır. Bir xoşbəxtlikdir ki, ölkəmizin başında Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub. Bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir".
Tədbirin davamında Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub.
20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix tədbirləri münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verib. O, bildirib ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin işlədiyi monoqrafiyalar komissiya tərəfindən seçilmiş və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti kitab çap olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB