Milli Azlıqların V Respublika Festivalı çərçivəsində qala-gecə keçirilib

Milli Azlıqların V Respublika Festivalı çərçivəsində qala-gecə keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 30-da Heydər Əliyev Sarayında "Azərbaycan – doğma diyar" devizi altında Milli Azlıqların V Respublika Festivalı çərçivəsində qala-gecə təşkil olunub.

SİA xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Ulu öndər Heydər Əliyevin azsaylı xalqların mədəniyyətinə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən nazir müavini bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafından söz açan V.Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini ölkəmizdə və beynəlxalq aləmdə bu dəyərlərin təşviqi və inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirib.

Multikulturalizmin Azərbaycanın həyat tərzi olmasından danışan natiq bu yöndə ölkəmizin ümumdünya mədəniyyətinə dəyərli töhfə verdiyini diqqətə çatdırıb. Daha sonra festivalın qala gecəsinə start verilib. Gecədə Azərbaycanda yaşayan müxtəlif xalqların rəqs və musiqi kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə