"Olmadı elə, oldu belə” səhnədə FOTOLAR

"Olmadı elə, oldu belə” səhnədə FOTOLAR

Füzuli Dövlət Dram teatrı 2016-cı il repertuarında olan Ş.Qurbanovun "Olmadı elə, oldu belə" əsərini Horadiz şəhərində yerləşən idarə və müəssisələrin, həmçinin rayon Təhsil şöbəsinin kollektivinə təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tamaşanın quruluş rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, İntizar Quliyeva, Fatimə Səfərəliyeva, Firuzə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları ifa ediblər.

Tamaşa qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın sonunda çıxış edənlər tamaşadan razı qaldıqlarını bildiriblər və kollektivə gələcək işlərində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə