Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetin yaradıcısı və fəxri prezidenti Heinz Boyer və baş icraçı direktoru professor Karl Ennsfellner Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqlar ATMU-nun rektoru professor Cəfər Cəfərov və ali təhsil ocağının inzibati heyət üzvləri ilə görüşüblər.
Görüş iştirakçıları universitetlərarası əlaqələrin inkişaf dinamikasına münasibətlərini bildiriblər. Həmçinin, müzakirə predmeti kimi uzunmüddətli əməkdaşlığın qorunub-saxlanılması və qarşıdakı illərdə bakalavr və magistr proqramı üzrə iş birliyinin yeni istiqamətləri, ATMU-nun fəaliyyət mexanizminin genişlənməsi imkanlarını nəzərdən keçiriblər.
İkigünlük səfər zamanı Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin fəxri prezidenti Heinz Boyer və prorektoru Karl Ennsfellner mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən "Turizm və asudə vaxt menecmenti" adlı Azərbaycan-Avstriya Turizm-Təhsil Proqramının əsas təməli olan ikili diplom layihəsinin müddəti artıq ikinci dəfədir ki, uzadılır. Belə ki, universitetlərarası səmərəli əməkdaşlığın nəticəsi olaraq, bu il iyunun 30-da müqavilənin qarşıdakı illərdə fəaliyyət göstərməsi üçün yenidən imzalanması mərasiminin keçirilməsi qərara alınıb. 2017-ci ildə layihənin 10 illiyi ilə əlaqədar həm Bakıda, həm də Avstriyanın Krems şəhərində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB