Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Azərbaycan Milli Elmlər Akademiyasının, Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda AMEA-nın elektron akt zalında elmi-praktik video konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Naxçıvan Dövlət Universiteti ilə telekörpü yaradılıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edilib, onun fəaliyyətini əks etdirən təqdimat göstərilib.
Mövzu ilə bağlı AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəyli, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, aparıcı elmi işçi Yaşar Qasımbəyli, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, əməkdaşı Gülxarə Əhmədova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Rafiq Quliyev, sektor müdiri Pakizə Almazova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Vüsalə Məmmədzadə, digər elm və incəsənət xadimləri çıxış ediblər.
Çıxışlarda bir daha qeyd olunub ki, Heydər Əliyev irsi ölkəmizin tarixində qalacaq bir irsdir.
Qeyd edək ki, tədbirin sonunda bir sıra elm və incəsənət xadimləri diplom və sertifikatlarla təltif olunub.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB