ATMU-nun rektoru İstanbulda Təhsil Zirvəsində iştirak edib

ATMU-nun rektoru İstanbulda Təhsil Zirvəsində iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov Avrasya Universitetlər Birliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Avrasiya Beynəlxalq Yüksək Təhsil Zirvəsində iştirak edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, nüfuzlu təşkilat 2008-ci ildə İstanbul Aydın Universiteti tərəfindən təsis olunub. Avropa, Asiya və Yaxın Şərq regionlarının 85-dən artıq universitetini özündə birləşdirir.

EURAS-ın fəaliyyət sferasına müvafiq layihələrin icrası ilə bərabər, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor, müəllim, tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramların, yay təcrübəsi və məktəblərin təşkili məsələləri daxildir.

Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə İstanbul şəhərində 3 gün davam edən Avrasiya Beynəlxalq Təhsil Zirvəsinin işində dünyanın müxtəlif universitet və təhsil şirkətlərinin çoxsaylı nümayəndəsi iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində təhsildə prioritet sayılan istiqamətlər üzrə müxtəlif panellərin təşkili ilə yanaşı, iştirakçı universitetlər üçün təhsil sərgisi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə