Qusar rayon Heydər Əliyev Mərkəzində tanınmış bəstəkar, xalq artisti Elza İbrahimovanın yaradıcılıq gecəsi keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə cıxış edən Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov , uşaq incəsənət məktəbinin direktoru Reyhan Bağışova və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova bənzərsiz bəstəkarın yaradıcılığından söz açıb. Qeyd olunub ki, bəstəkarın əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Elza İbrahimova əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına layiq görülmüşdür. Qusar şəhərinin küçələrindən birinə Elza İbrahimovanın adı verilib.
Qeyd edək ki, tədbirdə uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın mahnıları ifa olunub və onun haqqında sənədli filim nümayiş etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB