İSESCO-nun Bakıda keçirilən sessiyası Küveyt mətbuatında

İSESCO-nun Bakıda keçirilən sessiyası Küveyt mətbuatında

İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyası Küveyt mətbuatında geniş işıqlandırılıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, Küveyt kütləvi informasiya vasitələrinin 24 noyabr tarixli buraxılışlarında hazırda Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci Baş Konfransı və 35-ci iclası barədə geniş məlumatlar dərc olunub.

Konfransda iştirak edən Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Əhməd Əl-Enezinin Küveytin "KUNA" xəbərlər agentliyinə verdiyi məlumatda, konfrans iştirakçılarına yüksək qonaqpərvərliyin göstərildiyi, iclasın yüksək səviyyədə keçirildiyi bildirilib. Eyni zamanda o, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacağı, İSESKO-nun ötən üç il üçün fəaliyyətinə dair Baş Direktorun hazırladığı hesabatın müzakirə olunacağı və qarşıdakı 2016-2018-ci illər üçün fəaliyyət planının təsdiqlənəcəyi barədə məlumat verib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci Baş Konfransı və 35-ci iclası barədə Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik "Əl-Siyəsə", "Əl-Ənbə" və "Əl-Qabas" qəzetlərində də məlumatlar dərc olunub.

Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Əhməd Əl-Enezi ilə yanaşı, Konfransda Təhsil və Ali təhsil nazirinin müavini Haitham Saleh Aalathar da iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə