“tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb

“tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb

Almaniyanın məşhur "tv.berlin" kanalı Azərbaycan haqqında reportaj hazırlayıb. SİA-nın verdiyi məlumata görə, reportajda ölkəmizdə keçiriləcək I Avropa Oyunları, Bakı şəhərinin müasir və tarixi yerləri, İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah, palçıq vulkanları, Qobustan, Göygöl rayonundakı alman yaşayış məskənləri haqqında məlumat verilir.

Reportajda müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turist axının artması istiqamətində çox işlər görüldüyünü və turistlərin sayının hər il daha da çoxaldığını bildirib. Həmçinin Nazir, ölkəmizdə infrastruktur işlərindən də söhbət açıb, Bakı şəhərində müasir binaların inşa olunmasını, həmçinin son illərdə ölkəmizdə açılan yeni brend otellərin tikildiyini qeyd edib.

Bununla yanaşı, Bakının dünya səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xüsusi olaraq vurğulayan nazir, I Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə keçirilən beynəlxalq musiqi festivallarının əhəmiyyətini qeyd etmiş və bildirmişdir ki, bu kimi tədbirlər adət-ənənələrimiz, mədəniyyətimiz və təbiətimizlə yaxından tanış olmaq imkanı yaradır.

Azərbaycanın zəngin milli mətbəxi haqqında söhbət açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mətbəximizin qədim tarixçəsi olduğunu və nəsildən-nəsilə ötürüldüyünü bildirib.

Nazir qeyd edib ki, müxtəlif dinlərin nümayəndələrinin yaşadığı Azərbaycan yüksək tolerantlıq ölkəsi kimi tanınır.

Sonda Nazir hər kəsi ölkənin gözəllikləri ilə tanış olmağa dəvət edibr.

Reportaja aşağıdakı link vasitəsilə baxa bilərsiniz:

https://www.youtube.com/watch?feature=youtu.be&v=U_KqywQOR2w&app=desktop

Bütün xəbərlər Facebook səhifəmizdə