İsmayıllıda “Leyli və Məcnun” nümayiş olunacaq

İsmayıllıda “Leyli və Məcnun” nümayiş olunacaq

Martın 14-də İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, operanın nümayişi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsi əsasında təşkil ediləcək.

Nəzərinizə çatdıraq ki, operada Leyli partiyasını xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov canlandıracaq.

Qeyd edək ki, tamaşanı əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə