"Mən evə qayıdıram" bədii filminin təqdimatı olacaq. SİA-nın məlumatına görə, "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.
Nəzərinizə çatdıraq ki, filmdə Yaşar Nuri, Fuad Poladov, Emil Bədəlov, Elçin Mehdi, Yaqub Zeynalov, Murad Abdullayev, Vladimir Yakovlev, Elşən Hacıbabayev, Kamran Ağabalayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Oleq Əmirbəyov, Azər Aydəmir, Emil Axundov və Yelena Malışeva kimi aktyorlar rol alıblar.
Qeyd edək ki, film 26 fevral saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB