Yeni il şou proqramı keçiriləcək

Bakıda maraqlı yeni il şou proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, şouda sevimli parodiya personajlarının iştirakı, oyunlar, müsabiqələr və viktorinalarla müşayiət olunan qala-konsert keçiriləcək. Şouda Zorro, Ariel, Spanç Bab, Mister Krabs, Betman və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, konsert dekabrın 25 və 26-sı Bakı Caz Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 35 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə