İsveçdə Malmö şəhərində keçiriləcək 58-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcək 39 ölkə öz təmsilçisi və mahnı seçimlərini yekunlaşdırıb. SİA-nın məlumatına görə, müsabiqənin yarımfinalı mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də baş tutacaq. Azərbaycan da daxil olmaqla, 39 ölkənin iştirak etdiyi müsabiqədə təmsilçimiz Fərid Məmmədov mayın 16-da çıxış edəcək.
"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan, Albaniya, Avstriya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Monteneqro, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Ermənistan iştirak edəcəklər. "Eurovision-2013" şousunun iştirakçıları "We are one", yəni "Biz birik" şüarı ilə bir araya gələcəklər. Müsabiqə İsveçin "Malmö Arena" konsert salonunda keçiriləcək.
Qeyd edək ki, builki müsabiqədə Slovakiya, Türkiyə, Lixtenşteyn, Bosniya və Herseqovina, Polşa, Portuqaliya "Eurovision 2013"-də iştirak etməkdən imtina ediblər. Müsabiqədə mahnı seçiminə gəlincə isə seçilən mahnı əvvəlki ilin 1 sentyabr tarixinədək ifa edilməmiş bəstə olmalıdır. Mahnının xronometrajı isə 3 dəqiqəni keçməməlidir. İfaçılardan canlı oxumaq tələb olunur. Yalnız "minusovka" nın, yəni bek-vokalsız müşayiətin lent yazısından istifadə etməyə icazə verilir. Mahnının mətni istənilən dildə ola bilər. Bu qayda 1999-cu ildən qüvvədədir.
I yarımfinal – 14 may
|
Ölkə adı |
Təmsilçi |
Mahnı |
|
01 Danimarka |
Emnelie de Forest |
"Only teardrops"( Sadəcə gözyaşları) |
|
02. Xorvatiya |
Klapa s Mora |
"Mizerja" ( Bədbəxtlik) |
|
03. Ukrayna |
Zlata Oqneviç |
"Gravity" |
|
04.Niderland |
Anouk |
"Birds"(Quşlar) |
|
05. Avstriya |
Natalia Kelly |
"Shine"( Parıltı) |
|
06.Sloveniya |
Hannah Mancini |
"Straight into Love"(Birbşa sevgiyə) |
|
07.Estoniya |
Birgit Oigemel |
"Et uus saaks alguse" ("Yeni bir başlanğıc") |
|
08.Rusiya |
Dina Qaripova |
"What if" ( Əgər) |
|
09.Litva |
Andre Pojavis |
"Something"( "Hər şey") |
|
10. Serbiya |
Moje 3 |
"Ljubav he svuda" |
|
11. İrlandiya |
Ryan Dolan |
"Only Love Survives"(Yalnız sevgi qalır") |
|
12.Belarus |
Alyona Lanskaya |
"Solayoh" |
|
13. Kipr |
Despina Olympiu |
"An Me Thimase" "İf you Remember( "Əgərxatırlasan" |
|
14. Monteneqro |
Dada və Noyz ( Who see) |
"İgranka"(Party) –Yığıncaq |
|
15. Belçika |
Roberto Belloraso |
Love kills( Sevgi öldürür) |
|
16. Moldova |
Aliona Moon |
"O mie" |
II yarımfinal – 16 may
|
Ölkə adı |
Təmsilçi |
İfa edəcəyi mahnı |
|
01.Latviya |
Per Qrupu |
Here We Go |
|
02.Azərbaycan |
Fərid Məmmədov |
"Hold me"(Saxla məni") |
|
03. Malta |
Canluka Bezzina |
"Tomorrow"( Sabah) |
|
04. İslandiya |
Eypor İnqi Qunlauqson |
"E A Lif" ( Mənim həyatım var) |
|
05.San-Marino |
Valentina Monetta |
"Chrisalide" |
|
06. Makedoniya |
Esma &Lozano |
Pred Da Se Razdeni` |
|
07. Finlandiya |
Krista Siegfrids |
Marry me("Evlən mənimlə" |
|
08. Bolqarıstan |
Elitsa Todorova və Stoyan Yankulov |
Samo Shampioni( Only Champions |
|
09. İsrail |
Moran Mazor |
"Rak bişivilo"("Yalnız onun üçün") |
|
10. Norveç |
Marqaret Berqer |
I Feed You My Love( Səni Eşqimlə Bəsləyirəm) |
|
11.Albaniya |
Adrian Lulgjuraj & Bledar Sejko |
"İdentiet" |
|
12. Macarıstan |
ByeAleks |
"Kedvesem" ("Sevgilim") |
|
13İ. İsveçrə |
Takasa
|
"You and me" |
|
14. Gürcüstan |
Nodi Tatışvili və Sofiye Gelovan |
"Waterfall"( Şəlalə) |
|
15. Yunanıstan |
Koza Mostra Agathonas Lakovidis |
"Alcohol is Free" |
|
16. Ermənistan |
Qor Sujan Dorians |
"Lonely Planet" |
|
17. Rumıniya |
Cezar |
İt's My Life |
Final mərhələsi – 18 may
|
Ölkə adı |
Təmsilçi |
İfa edəcəyi mahnı |
|
İspaniya |
ESDM |
Contingo Hasta El Final( WIth You Until The End) |
|
Almaniya |
Cascada |
"Glorious" |
|
Fransa |
Amandine Bourjua |
L’Enfer Et Moi ( Cəhənnəm və cənnət) |
|
İsveç |
Robin Stşernberq |
"You" |
|
Böyük Britaniya |
Bonnie Tyler |
"Believe İn Me" |
|
İtaliya |
Marco Mengoni |
( "The Essential")
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB