Bütün iştirakçılar bəllidir SİYAHI

19 Mart 2013 11:06 (UTC+04:00)

İsveçdə Malmö şəhərində keçiriləcək 58-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcək 39 ölkə öz təmsilçisi və mahnı seçimlərini yekunlaşdırıb. SİA-nın məlumatına görə, müsabiqənin yarımfinalı mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də baş tutacaq. Azərbaycan da daxil olmaqla, 39 ölkənin iştirak etdiyi müsabiqədə təmsilçimiz Fərid Məmmədov mayın 16-da çıxış edəcək.

"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan, Albaniya, Avstriya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Monteneqro, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Ermənistan iştirak edəcəklər. "Eurovision-2013" şousunun iştirakçıları "We are one", yəni "Biz birik" şüarı ilə bir araya gələcəklər. Müsabiqə İsveçin "Malmö Arena" konsert salonunda keçiriləcək.

Qeyd edək ki, builki müsabiqədə Slovakiya, Türkiyə, Lixtenşteyn, Bosniya və Herseqovina, Polşa, Portuqaliya "Eurovision 2013"-də iştirak etməkdən imtina ediblər. Müsabiqədə mahnı seçiminə gəlincə isə seçilən mahnı əvvəlki ilin 1 sentyabr tarixinədək ifa edilməmiş bəstə olmalıdır. Mahnının xronometrajı isə 3 dəqiqəni keçməməlidir. İfaçılardan canlı oxumaq tələb olunur. Yalnız "minusovka" nın, yəni bek-vokalsız müşayiətin lent yazısından istifadə etməyə icazə verilir. Mahnının mətni istənilən dildə ola bilər. Bu qayda 1999-cu ildən qüvvədədir.

I yarımfinal – 14 may

Ölkə adı

Təmsilçi

Mahnı

01 Danimarka

Emnelie de Forest

"Only teardrops"( Sadəcə gözyaşları)

02. Xorvatiya

Klapa s Mora

"Mizerja" ( Bədbəxtlik)

03. Ukrayna

Zlata Oqneviç

"Gravity"

04.Niderland

Anouk

"Birds"(Quşlar)

05. Avstriya

Natalia Kelly

"Shine"( Parıltı)

06.Sloveniya

Hannah Mancini

"Straight into Love"(Birbşa sevgiyə)

07.Estoniya

Birgit Oigemel

"Et uus saaks alguse" ("Yeni bir başlanğıc")

08.Rusiya

Dina Qaripova

"What if" ( Əgər)

09.Litva

Andre Pojavis

"Something"( "Hər şey")

10. Serbiya

Moje 3

"Ljubav he svuda"

11. İrlandiya

Ryan Dolan

"Only Love Survives"(Yalnız sevgi qalır")

12.Belarus

Alyona Lanskaya

"Solayoh"

13. Kipr

Despina Olympiu

"An Me Thimase" "İf you Remember( "Əgərxatırlasan"

14. Monteneqro

Dada və Noyz ( Who see)

"İgranka"(Party) –Yığıncaq

15. Belçika

Roberto Belloraso

Love kills( Sevgi öldürür)

16. Moldova

Aliona Moon

"O mie"

II yarımfinal – 16 may

Ölkə adı

Təmsilçi

İfa edəcəyi mahnı

01.Latviya

Per Qrupu

Here We Go

02.Azərbaycan

Fərid Məmmədov

"Hold me"(Saxla məni")

03. Malta

Canluka Bezzina

"Tomorrow"( Sabah)

04. İslandiya

Eypor İnqi Qunlauqson

"E A Lif" ( Mənim həyatım var)

05.San-Marino

Valentina Monetta

"Chrisalide"

06. Makedoniya

Esma &Lozano

Pred Da Se Razdeni`

07. Finlandiya

Krista Siegfrids

Marry me("Evlən mənimlə"

08. Bolqarıstan

Elitsa Todorova və Stoyan Yankulov

Samo Shampioni( Only Champions

09. İsrail

Moran Mazor

"Rak bişivilo"("Yalnız onun üçün")

10. Norveç

Marqaret Berqer

I Feed You My Love( Səni Eşqimlə Bəsləyirəm)

11.Albaniya

Adrian Lulgjuraj & Bledar Sejko

"İdentiet"

12. Macarıstan

ByeAleks

"Kedvesem" ("Sevgilim")

13İ. İsveçrə

Takasa

"You and me"

14. Gürcüstan

Nodi Tatışvili və Sofiye Gelovan

"Waterfall"( Şəlalə)

15. Yunanıstan

Koza Mostra Agathonas Lakovidis

"Alcohol is Free"

16. Ermənistan

Qor Sujan Dorians

"Lonely Planet"

17. Rumıniya

Cezar

İt's My Life

Final mərhələsi – 18 may

Ölkə adı

Təmsilçi

İfa edəcəyi mahnı

İspaniya

ESDM

Contingo Hasta El Final( WIth You Until The End)

Almaniya

Cascada

"Glorious"

Fransa

Amandine Bourjua

L’Enfer Et Moi ( Cəhənnəm və cənnət)

İsveç

Robin Stşernberq

"You"

Böyük Britaniya

Bonnie Tyler

"Believe İn Me"

İtaliya

Marco Mengoni

( "The Essential")